|
2.
Büdcə formasının tərtibi haqqında təlimat
|
|
Təcrübə
göstərir ki, maliyyə vəsaitlərinin planlaşdırılması
və istifadənin uçotunun aparılması üçün vahid uçot
formasından istifadə edilməsi bu sahədə aparılan
işi sürətləndirir və səhvlərin minimuma
endirilməsinə köməklik edir. Bu məqsədlə
QHT-lərin Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasına təqdim edəcəkləri
layihələrin icrası üçün onlara ayrılan maliyyə
yardımının istifadə təyinatının
vahid büdcə formasında tərtib edilməsi
məqsədəuyğun sayılmışdır. Şuranın
QHT-lərə ayırdığı yardımlar dövlət
büdcəsindən maliyyələşdirildiyi üçün aid
xərclərin sıra nömrəsi əvəzinə vahid büdcə
təsnifatından istifadə edilmişdir. QHT öz
layihəsinin icrasına tələb olunan vəsaitin
hesablamasını hansı formada aprmış omasından
asılı olmayaraq, büdcə Şuraya yuxarıda göstərilən
formada təqdim edilməlidir.Formanın tərtibi zamanı
aşağıdakı qaydalar əsas qəbul
edilməlidir:
|
|
1.
|
Formanın
elektron variantı doldurularkən nəzərə alınmalıdır
ki, forma proqramlaşdırılmışdır. Qara
rənglə rənglənmiş sətirlərdə 2-ci
qrafad göstərilən sətirlərin cəmi avtomatik
toplanır. Ona gorə də bu sətirlərə
rəqəmlər əl ilə daxil edilməməlidir.
Aid sətirin göstəricisi yerində yazılarsa, onda qeyd
edilən sətirlər üzrə yekunlar aid qara rəngli
sətirlərdə toplanacaqdır. Hər bir bölməni
təsnifat nömrələri qrafasında növbəti bölmənin
təsnifat nömrəsinə qədər qalan sayda müvafiq
təyinatlı göstərici artırmaq mümkündür.Hər
hansı halda 6-cı qrafanın göstəricisi müvafiq
hesablama yolu ilə əldə edilməlidir.
|
|
2.
|
Cədvəldən
göründüyü kimi, 2-ci qrafada xərclərin adı və
formalaşmasının təsviri yazılmalıdır.
QHT mütəxəssisi bu qrafanın göstəricisini öz
təklifinə uyğun şəkildə dəyişdirə,
ona əlavələr edə və ya olduğu kimi
saxlaya bilər.QHT-yə aid olmayan sətirlər doldurulmur
və həmin sətirin göstəricisi pozulmur. Əgər
QHT-ni qane edən xərc növü formada yoxdursa, onu oradakı
boş sətirlərdən birinə yazmaq olar. Lakin bu
zaman formada olan xərcin məzmunu ilə təklif
edilən yeni ad eyni məna və ya məzmun daşıyarsa,
onda formada olanı saxıamaq lazımdır.
|
|
3.
|
Hər
bir yeni əlavə yalnız ona aid olan bölməyə yazılmalıdır.
Belə ki, idarənin (ofisin) saxlanmsı xərclərini
tədbir xərclərinə və ya əksinə
əlavə etmək olmaz. (Əgər icarə haqqı
tədbir üçün nəzərdə tutulursa, onda bu hissə
tədbirlərə aid bölməyə, ofis üçün
nəzərdə tutulursa, onda idarənin saxlanması bölməsinə
aid edilməlidir və s.)
|
|
4.
|
"Ştatda
olan işçilərin əməkhaqqı" bölməsi
tərtib edilən zaman nəzərə almaq lazımdır
ki, aylıq əməkhaqqı ödənilməsi
nəzərdə tutulan vəzifəni tutmuş şəxsin
həmin iş üçün gündə neçə saat işləyəcəyi
ştat vahidinin adının qarşısına
əlavə edilməlidir. (məs: Köməkçi (iş gününün
50% -ni işləməklə və ya həftədə
iki tam gün işləməklə) və s.) Öz fərdi
beyin məhsulunu istifadə etməklə müəyyən
vaxt ərzində iş görən, elmi yaradıcılıqla
məşğul olub, son nəticədə ortalığa
bir məhsul çıxaran şəxslərin (yəni-trener,
tərcüməci, kitab müəllifi və s.) əməyinin
ödənilməsi "Ştatdankənar işçilərin
əməkhaqqı" bölməsinə aid
edilməlidir. Bu şəxslərlə əmək müqaviləsi
bağlanarkən onların fəaliyyət növü, sərf
edəcəyi iş vaxtı və işləyəcəyi
yer, eləcə də əmək sərfinin hansı
qaydada uçota alınması və yerinə yetirilmiş işin
qəbul forması aydın göstərilməlidir.
|
|
5.
|
"Əməkhaqqına
üstəlik" bölməsində əsasən DSMF-na ayırmalar
nəzərdə tutulmalıdır.Dİgər icbari sığortalar
isə xaricə ezam olunan vətəndaşların
həyat və ya tibbi sığortası (yol sığortası
istisna olmaqla) ola bilər.
|
|
6.
|
"İdarənin
saxlanmsı" QHT anlayışı ilə ofisin saxlanması
xərcləridir. Bu xərclər bağlanmış müqavilələır
və ofisin təminatı üçün tələb olunan
xərclərin hesablanmsı yolu ilə müəyyən
edilməlidir.
|
|
7.
|
"Ezamiyyə
xərcləri" hesablanarkən hər bir sətir üçün
açıqlamaların verilməsi işin xeyrinə olar.
Məsələn, "Yol xərci" sətirində mötərizədə
yazmaq olar (Koordinatorun hansı rayonlara, təlimçinin hansı
rayonlara gedişi və gəlişi və s). Yadda saxlamaq
lazımdır ki, yol xərci yalnız təqdim edilmiş
biletlərə və ya icarəyə götürülmüş
avtomaşının icarə sənədlərinə
əsasən ödənilir. Mehmanxana və mənzil
xərcləri Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş
norma və qaydalara əsasən ödənilir. Ona görə
də bu xərcləri hesablayarkən gediləcək rayon
və şəhərləri, eləcə də ölkələri
qeyd etmək lazımdır.
|
|
8.
|
"Nəqliyyat
xidmətləri haqqının ödənilməsi"
sətirində ezamiyyətə getmək üçün
icarəyə götürülmüş nəqliyyat xərcindən
əlavə xərclər göstərilə bilər. Balansında
avtomaşın olmayanlar nəqliyyatı icarəyə götürəcəyi
halda yanacaq, sürtku materialları və cari təmir
xərcləri nəzərdə tuta bilərlər.
Nəzərdə saxlamaq lazımdır ki, icarəyə götürülmüş
nəqliyyat üçün də bu xərclər texniki normalar
əsasında hesablanmalı və xərcin aparıldığı
məxaric sənədlərindən başqa yol
vərəqələri ilə də
təsdiqlənməlidir.
|
|
9.
|
"Kommunal
və kommunokasiya xidmətlərinin ödənilməsi"
xərcləri də müvafiq müqavilələr, sayğacların
göstəricilərinə əsasən aparılmış
hesablamalar və gələcəkdə icrası
nəzərdə tutulan işlərə aid xərclər
də nəzərə alınmaqla birlikdə hesablanılıb
yazılmalıdır. Bu sənədlər tərtib
edilən zaman ya icarəyə götürülmüş ofisin
sahibinin adına, ya da təşkilatın qeydiyyatda olduğu
hüquqi ünvanın adına yazılmış olarsa,
qəbul ediləcəkdir.
|
|
10.
|
"İstehlak
malları və materiallarının alınması
və tədbirlərin təşkili" bölməsinə
tədbirlərə aid bütün xərclər daxil
edilməlidir.Əgər layihənin
məqsədlərindən biri kimi hansısa bir materialın
nəşri nəzərdə tutulubsa, onda o xərclər
də bu bölməyə aid edilməlidir. Bu bölmədəki
xərcləri planlaşdıran zaman yaranmış ideyanın
sənədləşməsinin necə aparılacağı
və maliyyənin xərclənməsi üçün hansı
qanuni sənədlərin tərtib ediləcəyi
qabaqcadan müəyyən edilməlidir. Yaxşı olar ki,
bu bölməyə aid xərclərin sənədləşdirilmə
qaydaları barədə qabaqcadan lazımi mütəxəssislərlə
söhbət aprılsın. Tədbirlər üçün
xərclər müəyyən edilən zaman tədbir iştirakçılarının
sayı, günlərin və ya tədbirlərin sayı,
adambaşına və digər ölçülərə görə
xərcin qiyməti və s. aydın əks
etdirilməlidir.
|
|
11.
|
"İnventar,
avadanlıq və digər alışlar" bölməsində
nəzərdə tutulmuş inventar, avadanlıq, mal və
materiallardan başqa bu sahəyə aid olan digər
vasitlər də əlavə edilə bilər.
|
|
12.
|
"Sair
xidmətlərin haqqının ödənilməsi"
və "Sair müxtəlif xərclər" bölmələrində
nəzərdə tutulan xərclər adları yazılmaqla
qeydə alınmalıdır.Bu bölmədə qeydə alınan
xərclər əsasən yardımçı xərclər xüsusiyyətinə
malik olmalıdırlar.
|
|
13.
|
"Bank
xərci" bölməsində təşkilatın hesablaşma
hesabının olduğu bankla bağladığı müqavildəyə
uyğun hesablanmış bank xərcinin məbləği
göstərilir. Bu məbləğin müəyyənləşdirilməsi
üçün aşağıdakı hesablama aparıla bilər:
3-cü qrafada -faiz yazılır, 4-cü qrafada layihənin bank
xərci çıxılmaqla, hesablanmış məbləği
qeyd edilir , 5 -ci qrafada isə bankın kassadan
nəqd pul almaq üçün xidmət haqqının faizlə
miqdarı onluq kəsr şəklində yazılır
(məs 1% əvəzinə 0,01 qeyd edilir). 6-cı qrafa
hesablama yolu müəyyənləşdirilir.
|