Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarı ilə təsdiq edilmiş maliyyə hesabatları formalarından istifadə etməyi asanlaşdırmaq məqsədilə onları bir daha ayrıca səhifə olaraq saytlarımıza yerləşdirmişik.
Bu formalar bütün QHT-lər tərəfindən 2009-cu ilin maliyyə dövriyyəsi rəqəmləri əsasında doldurularaq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Hesabatları şəxsən təqdim etmək məcburiyyəti yoxdur. Yaxşı olar ki, tərtib edilmiş hesabat formaları imzalanıb möhürlənərək bir konvertə qoyulsun və üzərinə “Uçot siyasəti şöbəsi” sözləri qeyd edilərək Maliyyə Nazirliyinin ümumi poçtuna verilsin.
Regionlardan hesabatları Maliyyə Nazirliyinin ünvanına poçt vasitəsilə də göndərmək olar.
Ünvan: AZ 1022, Bakı, Səməd Vurğun küçəsi - 83
Qeyri-hökumət təşkilatları tərəfindən tərtib etdilmiş maliyyə hesabatları elektron formatda Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar Word, Exel, Adobe acrobat (PDF) formatlarında
email ünvanına göndərilə bilər.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr 214, 253, 519, 163
QEYRI-HÖKUMƏT TƏŞKILATLARININ NƏZƏRINƏ
Bir daha xatırladırıq ki, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir.
Həmin Qanunun və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» təsdiq edilmişdir.
Adı çəkilən Qaydaya əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidir.
2009-cu ilin yekunlarına əsasən tərtib ediləcək hesabatların təqdim edilmə müddətinin başa çatmasına bir aydan da az vaxt qalır. Hesabatların tərtib və təqdim edilməsi üçün bütün məsuliyyət şəxsən QHT rəhbərinin üzərinə düşür. Lakin bu işin ilk dəfə həyata keçirildiyini nəzərə alaraq Şura hesabatların tərtibində QHT-lərə konsultativ kömək məqsədilə məsləhət saatları təşkil etmişdir. Məsləhət veriləcək ofislərin ünvanları, məsləhətçilərin adları, hesabatların formaları, Maliyyə Nazirliyinin ünvanı və digər məlumatlar fevral ayında cssn. gov.az və qhtxeber.az saytlarında yerləşdirilmişdir. QHT-lər hesabatı tərtib etdikdən sonra onu poçt vasitəsilə və ya şəxsən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Bunun üçün hesabatlar konvertə qoyularaq üzərində “Uçot siyasəti şöbəsinə” sözləri yazılmalı və nazirliyin ümumi poçtuna verilməlidir.
Qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş maliyyə hesabatları elektron formatda Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar Word, Exel, Adobe acrobat (PDF) formatlarında
email ünvanına göndərilə bilər.
Əlavə məlumat üçün Maliyyə Nazirliyinə aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99, daxili nömrələr 214, 253, 519, 163
Milli Mühasibat Uçotu Standartları haqqında digər bütün məlumatları Maliyyə Nazirliyinin www.maliyye.gov.az saytından əldə etmək mümkündür.