|
Şura və Elmin İnkişafı Fondunun rəhbərləri görüşdü |
|
|
15 Fevral 2010 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşdü.
Şuranın ofisində keçən görüş yeni yaranmış Fondun işinin təşkili, layihə maliyyələşdirilməsi baxımından təcrübə mübadiləsi xarakteri daşıyırdı. Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə edildi.
Mətbuat xidməti
|