|
Şura və ACİ YF arasında birgə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlıq davam edəcək |
|
|
15 Fevral 2010 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (ACİ YF) icraçı direktoru Fərda Əsədovla görüşdü.
Şuranın ofisində keçən görüşdə tərəflər ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı 2009-cu ildə həyata keçirdikləri birgə layihə müsabiqəsi və digər tədbirlərin əhəmiyyətini qeyd edərək, 2010-cu ildə də müştərək fəaliyyətin davam etdirilməsi məqsədəuyğun saydılar.
Görüşdə QHT-lərlə bağlı qanun yaradıcılığı və birgə layihələrin dəstəklənməsinə əlavə maliyyə mənbələrinin cəlb edilməsi məsələləri müzakirə edildi.
İki qurum arasında əməkdaşlığın reallaşdırılması üzrə işçi qrupların rəhbərlərinə tapşırıldı ki, gələcək birgə fəaliyyətlə bağlı təkliflər hazırlayıb müzakirəyə təqdim etsinlər.
Mətbuat xidməti
|