ƏHƏMİYYƏTLİ SAYTLAR
"QHTXEBER.AZ" ELEKTRON PORTALI
"VƏTƏNDAŞ CƏMİYYƏTİ" JURNALI
STATISTIKA

Tam dovr:
90396

Şura ictimaiyyət qarşısında illik hesabat verdi Print
28 Yanvar 2010
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirdi. Tədbirdə 2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin icra vəziyyəti haqqında hesabat verildi və maliyyələşdirilən layihələrlə bağlı nəşr edilmiş kitabın təqdimatı oldu.
“Park İnn” hotelinin böyük zalında keçən bu tədbiri giriş sözü ilə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq, ötən ili bütövlükdə ölkə QHT-ləri üçün uğurlu bir il kimi səciyyələndirdi. A.Quliyev bildirdi ki, Şuranın və katibliyin 2009-cu ildə QHT inkişafı naminə həyata keçirdiyi bütün tədbirlər iştirakçılara təqdim olunan hesabatda, eləcə də bu gün təqdimatı keçirilən nəfis tərtibatlı kitabda öz əksini tapmışdır.
A.Quliyev qeyd etdi ki, Şura tərəfindən maliyyələşdirilmiş layihələr ən müxtəlif fəaliyyət sahələrini əhatə etmiş və ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə öz töhfəsini vermişlər. Şura sədri layihələrin icrasında müsbət məqamlarla yanaşı bəzi çatışmazlıqları da vurğulayaraq dedi ki, belə hallara qarşı Şuranın münasibəti güzəştsiz olub. Belə ki, hesabatlarını katibliyə vaxtında və müvafiq qaydada təqdim etməyən təşkilatların yeni layihələrinə yaxın iki ildə Şura tərəfindən dəstək verilməyəcəkdir.
Hesabat məruzəsi ilə Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək, layihələrin yerinə yetirilməsi və hesabatların Şuraya təqdim olunması ilə bağlı müfəssəl məlumatlar verdi.
Müzakirələrdə çıxış edən QHT rəhbərləri Rauf Zeyni, Sevgim Rəhmanov, Mehriban Nəsibova, Eldar Hüseynov, İsrail İsgəndərov, Təhmasib Novruzov, Dilarə Mahmudova, Məhərrəm Zülfüqarlı, Əvəz Həsənov və başqaları il ərzində Şuranın gördüyü işləri, həyata keçirdiyi proqram və layihələri müsbət qiymətləndirdilər və gələcək fəaliyyətin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini irəli sürdülər.

Mətbuat xidməti

Bu gün 09/09/2010
AKTUAL
KİTABLAR
XƏBƏRLƏRİN ARXİVİ
<< Sentyabr ’10 >>
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
  
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30