|
31 Iyul 2009 |
"Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Fərman imzalamışdır. Müəllifi olduğu bu qanunun qüvvəyə minməsini ictimai sektorun həyatında mühüm hadisə kimi qiymətləndirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərmişdir. Məktubda deyilir: |
|
|
30 Iyul 2009 |
|
BMT-nin Bakı nümayəndəliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İraçı direktoru Fərasət Qurbanov, baş mühasibi Tofiq Həsənov və məsləhətçisi Etibar Kərimov, BMT Rezident Əlaqələndiricisinin vəzifələrini müvəqqəti icra edən Verena Linneveber, Rezident nümayəndənin köməkçisi Cəmilə İbrahimova, layihələrin monitorinqi və qiymətləndirilməsi üzrə məsləhətçisi Nadir Quluzadə, ictimai əlaqələr və informasiya şöbəsinin müdüri Fərqan Abbaszadə, inkişaf üzrə aparıcı məsləhətçi Çingiz Məmmədov, proqram məsləhətçisi Elnur Xəlilov, rezident nümayəndənin köməkçisi Leyla Fəthi, BMT-nin koordinasiya üzrə analitiki İradə Əhmədova ilə görüşmüşlər. Görüşdə Şura ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “QHT sektorunun idarəçilik potensialının gücləndilməsi” müzakirə edilmişdir.
|
|
|
29 Iyul 2009 |
|
Qaydalar,təlimatlar,büdcə və hesabat formaları ilə tanışlıq (aç bax)
|
|
|
14 Iyul 2009 |
Media Hüquqları Mərkəzi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə növbəti debatını keçirdi. Azərbaycan Media Mərkəzində “Vətənpərvərlik mövzulu layihələr donorların fəaliyyətində prioritetdirmi” mövzusunda keçirilən debatda spikerlər Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı idi.
|
|
|
07 Iyul 2009 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev və Şura Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov ABŞ Vaşinqton Universitetinin Beynəlxalq Təhsil Məsələləri üzrə icraçı direktoru Ken Peavler və Counterpart İnternational təşkilatı baş ofisinin proqram direktoru Altunay Kuçukeyeva ilə görüşdülər. |
|
|
01 Iyul 2009 |
|
İyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dəstəyini qazanaraq, plenar iclasa tövsiyə olunan layihənin ilkin variantında 18 maddənin dəyişməsi nəzərdə tutulurdu. Ən prinsipial və vətəndaş cəmiyyəti təsisatlarının etirazını doğuran yeniliklərdən biri 6-cı maddəyə belə bir əlavənin olunması idi: “Qeyri-hökumət təşkilatının ümumazərbaycan hesab edilməsi üçün təşkilat Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin azı 1/3-ni əhatə edən filial və nümayəndəliklərə malik olmalıdır”.
|
|
|
29 Iyun 2009 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Media Mərkəzinin təşəbbüsü ilə Mərkəzin ofisində jurnalistlər üçün brifinq keçirdi. |
|
|
24 Iyun 2009 |
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramından irəli gələn vəzifələrə həsr olunmuş konfrans keçirdi. |
|
|
22 Iyun 2009 |
|
Maliyyə Nazirliyi bu qanunun icrası məqsədilə kommersiya, büdcə və qeyri-kommersiya təşkilatları üçün müvafiq standartlar hazırlayaraq təsdiqləmişdir. Milli mühasibat uçotunu standartlarını tətbiqi qeyri-kommersiya, yəni QHT-lərdə, 2009-cu ildə başa çatmalıdır. Bu məqsədlə hazırlanmış bütün materialları www.maliyye.gov.az saytından götürmək olar. Standartların tətbiqi qaydalarına aid Azərbaycan Respublikasının Maliyyə Nazirliyində təqdim olunmuş məktubun məzmunu aşağıda göstərilir. Bu standartların tətbiqi ilə əlaqədar lazım olan məlumatları və köməkliyi əldə etmək üçün Gənc Mühasiblər İctimai Birliyinə müraciət edə bilərsiniz. (055-200-15-35 Əliyeva Solmaz) |
|
|
20 Iyun 2009 |
|
(Milli Məclisin 19 iyun 2009-cu ildə keçirilmiş plenar iclasında Şuranın sədri, Milli Məclisin deputatı
Azay Quliyev tərəfindən təqdim edilmişdir)
Çağdaş dövrümüzdə ictimai təsisatlar kimi Qeyri-Hökumət Təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın dеmоkratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qоrunması, cəmiyyətdə harmоnik və sabit inkişafın təmin еdilməsində əhəmiyyətli rol oynayırlar.
|
|
|
|
<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Sonuncu >>
|
| Nəticələr səhifəsi 85 - 98. Cəmi 159 |