ƏHƏMİYYƏTLİ SAYTLAR
"QHTXEBER.AZ" ELEKTRON PORTALI
"VƏTƏNDAŞ CƏMİYYƏTİ" JURNALI
STATISTIKA

Tam dovr:
90453

Baş səhifə
Şurada QHT-media əməkdaşlığı müzakirə edildi Print
23 Oktyabr 2009
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Media İnkişaf Mərkəzi İctimai Birliyinin yerinə yetirdiyi “Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsi çərçivəsində yaranmış media şəbəkəsinin təmsilçiləri ilə görüşdü. Görüşdə layihənin yerinə yetirilməsi ilə bağlı tədbirlər, eləcə də QHT fəaliyyətinin media tərəfindən işıqlandırılması problemləri müzakirə edildi.

Şuranın yeni qhtxeber.az saytı fəaliyyətə başladı Print
19 Oktyabr 2009
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının məlumat dəstəyi müddəasına uyğun olaraq, (qeyri-hökumət sektorunun sosial problemlərin həlli sahəsində fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması, Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı haqqında xüsusi rubrikaların, radio və televiziya verilişlərinin yaradılması), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “QHTXEBER.AZ” saytı fəaliyyətə başladı. Sayt ölkədə QHT inkişafının praktiki və nəzəri məsələlərini işıqlandıracaq.

Şura və BMT-nin birgə layihəsi çərçivəsində təlimlər başlandı Print
16 Oktyabr 2009
Image
15 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT İnkişaf Proqramının birgə layihəsi olan“Azərbaycanda yerli QHT sektorunun idarəetmə potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “QHT idarəetməsinin əsasları” mövzusunda ilk təlim keçirildi.

Mətbuatın nəzərinə! Print
08 Oktyabr 2009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Azərbaycanın efir məkanında mövcud vəziyyət“ mövzusunda birgə dəyirmi masa keçirir.
Dəyirmi masa 13 oktyabr 2009-cu il saat 11.00-da “Park İnn” otelinin “Dan ulduzu” zalında olacaqdır.
Tədbirdə Milli Məclisin deputatları, teleradio şirkətlərinin, aparıcı mətbuat orqanlarının və QHT-lərin rəhbərləri iştirak edəcəklər.

Diqqət, birgə maliyyə yardımı müsabiqəsi! Print
02 Oktyabr 2009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra: Şura) və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə maliyyə yardımı (qrant) müsabiqəsi ELAN EDİR

Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı Print
02 Oktyabr 2009
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu\ Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalandı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu / Azərbaycan arasında ANLAŞMA MEMORANDUMU Print
02 Oktyabr 2009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura) və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (bundan sonra Fond) (və bundan sonra eyni zamanda cəm şəkilində Tərəflər və fərdi halda Tərəf kimi adlanacaq) aşağıda göstərilən şərtlər əsasında Anlaşma Memorandumu imzaladılar:

Mətbuatın nəzərinə! Print
30 Sentyabr 2009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT-lərin ictimaiyyətlə əlaqələrinin təşkili” mövzusunda 1-2 oktyabr 2009-cu ildə Bakı şəhərində yerli QHT-lər və KİV nümayəndələri üçün təlim keçirir.
Bundan öncə analoji tədbirlər Gəncə, Lənkəran, Şəki, Şirvan və başqa şəhərlərdə olmuşdur.
Təlimlər Azərbaycan Milli QHT Forumunun yerləşdiyi binada keçiriləcək.

Ünvan: Hüseyn Cavid prospekti 33-A, 6-cı mərtəbə (Azərtuneltikinti girişi), metronun “Elmlər Akademiyası” stansiyasının üstündəki bina.
Təlimlər 1-2 oktyabr 2009-cu ildə saat 10.30-da başlanır.

Mətbuat xidməti

Beynəlxalq Təşkilatlar Bakı konfransının keçirilməsinə dəstək verdilər Print
25 Sentyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bir sıra beynəlxalq təşkilatların iştirakı ilə “Vətəndaş cəmiyyəti quruculuğu: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa hazırlıq üzrə təşkilat komitəsinin növbəti iclasını keçirdi.

QHT fəaliyyətində hesabatlılıq və şəffaflıq mövzusunda debat keçirildi Print
24 Sentyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə Media Hüquqları Mərkəzi İctimai Birliyi QHT-lərin fəaliyyətində şəffaflıq mövzusuna həsr olunmuş növbəti debatını keçirdi. Debatı İctimai Birliyin sədri Mətanət Müslümqızı açdı.

<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 57 - 70. Cəmi 159
Bu gün 09/09/2010
AKTUAL
KİTABLAR
XƏBƏRLƏRİN ARXİVİ
<< Sentyabr ’10 >>
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
  
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30