ƏHƏMİYYƏTLİ SAYTLAR
"QHTXEBER.AZ" ELEKTRON PORTALI
"VƏTƏNDAŞ CƏMİYYƏTİ" JURNALI
STATISTIKA

Tam dovr:
90574

Baş səhifə
Şura 2010-cu il üçün maliyyə müsabiqəsini elan edəcək Print
04 Dekabr 2009
08 dekabr 2009-cu il saat 12.00-da “Trend” İnformasiya Agentliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirəcək. Şura rəhbərliyinin iştirakı ilə keçiriləcək konfransda müsabiqənin istiqamətləri, mövzuları, fondu, şərtləri və müddətləri barədə geniş məlumat veriləcək.

QHT fəaliyyətində şəffaflıq və hesabatlılıq üzrə konfrans keçirildi Print
03 Dekabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda konfrans keçirdi.

Qeydiyyatdan keçmiş 1000-dən çox QHT tapılmır Print
26 Noyabr 2009
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu kitab dövlət və hökumət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların Azərbaycan QHT-ləri ilə əməkdaşlıq imkanlarını genişləndirmək, QHT-lər arasında əlaqələndirmə və şəbəkələşmə proseslərinə yardım etmək üçün əhəmiyyətli bir vəsait kimi nəzərdə tutulur. Xəbər verildiyi kimi, bu işə Şura bir neçə ay əvvəl başlamış və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplamışdır. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilmiş və nəşr üçün hazırlanmışdır.

Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin hazırladığı rəyə iradlarını bildirdi Print
23 Noyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) rəyi üzrə məruzəçi cənab Andrey Adamçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun nümayəndə heyətilə görüşdü Print
20 Noyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avrasiya Əməkdaşlıq Fondunun prezidenti George Zarubinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Şura 2010-cu il maliyyə yardımı müsabiqəsinin mövzularının ilkin variantını ictimai müzakirəyə təqdim etdi Print
19 Noyabr 2009
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin maliyyə yardımı müsabiqəsi mövzularının ilkin variantının siyahısını ictimai müzakirəyə təqdim edir.

Şura və Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi arasında ayda bir dəfə müntəzəm görüşlər olacaq Print
18 Noyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Jan Lui Lavroff, Nümayəndəliyin siyasi-iqtisadi şöbəsinin rəhbəri Jerom Pons və layihə meneceri Məryəm Hacismayılova ilə görüşdü.

Şura sədri Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüşdü Print
17 Noyabr 2009
Image
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkəmizdəki Yaponiya səfirinin müavini Toşikazu Muto ilə görüşdü. Şuranın ofisində keçən görüşdə A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verdi.

Şura üzvlərindən ibarət nümayəndə heyəti Xorvatiyadan qayıtmışdır Print
09 Noyabr 2009
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılığı ilə Şura üzvləri Tahir Süleymanov, İlqar Məmmədov, Ceyhun Osmanlı, Gülnarə Hüseynova, Dilarə Vəliyeva, Rəna Mirzəzadə, Sahib Məmmədov, Vüqar Qədirov, eləcə də Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov, baş mühasib Tofiq Həsənov və Counterpart İnternational təşkilatının təmsilçisi İlqar Ağasiyevdən ibarət nümayəndə heyəti Xorvatiya Respublikasına işgüzar səfərdən qayıtmışdır. Bir həftə davam etmiş səfər çərçivəsində nümayəndə heyəti vətəndaş cəmiyyəti quruculuğunda Avropanın ən qabaqcıl ölkələrindən biri kimi təqdim edilən Xorvatiya Respublikasının təcrübəsi ilə yaxından tanış olmuş, qarşılıqlı əməkdaşlıq üçün əlaqələr yaratmışdır.

Şura üzvlərindən ibarət nümayəndə heyəti Xorvatiyada səfərdədir Print
02 Noyabr 2009
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılığı ilə Şura üzvləri Tahir Süleymanov, İlqar Məmmədov, Ceyhun Osmanlı, Gülnarə Hüseynova, Dilarə Vəliyeva, Rəna Mirzəzadə, Sahib Məmmədov, Vüqar Qədirov, eləcə də Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov, katibliyin baş mühasibi Tofiq Həsənov və Counterpart İnternational təşkilatının təmsilçisi İlqar Ağasiyevdən ibarət nümayəndə heyəti 1 noyabr 2009-cu ildə Xorvatiya Respublikasına işgüzar səfərə yola düşmüşdür. Bir həftə davam edəcək səfərin məqsədi QHT fəaliyyəti sahəsində qabaqcıl Avropa təcrübəsi ilə tanışlıqdır.

<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 43 - 56. Cəmi 159
Bu gün 09/09/2010
AKTUAL
KİTABLAR
XƏBƏRLƏRİN ARXİVİ
<< Sentyabr ’10 >>
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
  
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30