|
28 Yanvar 2010 |
|
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (bundan sonra Şura) yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoydu. Belə ki, dövlət başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün ilk dəfə dövlət büdcəsindən maliyyə ayrıldı, QHT- hökumət münasibətləri yeni müstəviyə keçdi və vətəndaş cəmiyyətinin güclənməsi naminə ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar əldə edildi. |