|
13 Aprel 2010 |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan etdi. Bu haqda bu gün “Trend” İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında hər iki qurumun rəhbərləri Azay Quliyev və Horia Adrian çıxış edərək açıqlama verdilər. |