ƏHƏMİYYƏTLİ SAYTLAR
"QHTXEBER.AZ" ELEKTRON PORTALI
"VƏTƏNDAŞ CƏMİYYƏTİ" JURNALI
STATISTIKA

Tam dovr:
89219

Baş səhifə
Qrant bölgüsü haqda maraqlı təfərrüatlar Print
08 Aprel 2009
Image
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı və ayırmadığı qrantların yaratdığı qalmaqal səngimək bilmir. Layihələri müsabiqədən keçməyən bir sıra QHT rəhbərləri mətbuatda çıxış edərək, Şuranın ayrı-seçkilik, qərəzlilik, qohumbazlıq və 30 faizlik «şapka» prinsipləri ilə qrant ayırması və s. haqda ittihamlar səsləndi. Mövzu böyük marağa səbəb olduğundan, QHT rəhbərlərindən açıqlamalar almaqda davam etdik.

Qalib QHT-lər ittihamları qəbul etmirlər Print
08 Aprel 2009
Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün elan etdiyi maliyyə müsabiqəsinin qalibləri bəllidir. Məlumat üçün bildirək ki, elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub, yalnız 226 layihənin təklif olunan tələblərə uyğun gəldiyi müəyyən olunub. Bu layihələr üçün Şuradan ayrılan məbləğin ümumi həcmi 1 milyon 848 min manat təşkil edəcək.

Təşkilat rəhbərləri QHT Şurasının doğru seçim etdiyi qənaətindədirlər Print
07 Aprel 2009
Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsinin qalibləri QHT Şurasının etdiyi seçimləri obyektiv və ədalətli hesab edirlər. Bu məsələyə aydınlıq gətirmək məqsədilə bəzi QHT sədrləri ilə əlaqə saxladıq.

Azay Quliyev: “Biz əsaslandırılmış iradların tərəfdarıyıq, narazılığı olan Apellyasiya Komissiyasına müraciət edə bilər” Print
07 Aprel 2009
Image
Şura sədrinin sözlərinə görə, seçim zamanı maksimum dərəcədə müxtəlif spektrları əhatə etmə və ədalətlilik əsas götürülüb. Bir qədər öncə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qeyri hökumət təşkilatlarının layihələrinin qiymətləndirilməsi ilə bağlı elan etdiyi müsabiqənin nəticələrini açıqladı. Lakin Şuranın açıqladığı nəticələr barəsində III sektorda təqdir edənlərlə bərabər, Şuranın sədri Azay Quliyevi subyektivlikdə qınadılar. SİA-nın onunla söhbəti də bu səbəbdən layihələrin seçimi ilə bağlı oldu:

Arif Əliyev: “Müsabiqənin nəticələrindən narazı qalanlar faktlarsız danışırlar”Azər Rəşidoğlu: “Layihəmizlə bağlı ekspertlərin gəldiyi qənaətlə razılaşırıq” Print
07 Aprel 2009
Image
“Bütövlükdə müsabiqə zamanı pozuntularının olması mümkündür. Lakin nəticələrdən narazı qalanlar faktlarsız danışırlar. Əlində tutarlı bir faktı olan yoxdur ki, çıxıb ortaya qoysun. QHT-lərə Dövlət Dəstəyi Şurası qohumbazlığa, yerlibazlığa, dostbazlığa yol verib kimi fikirlər sadəcə söz yığınıdır. Bunları deyənlər artıq adamın ürəyini bulandırırlar”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə QHT-lərə ayırdığı maliyyə yardımının alınması,layihənin icrası və hesabatların təqdim edilməsi qaydaları Print
06 Aprel 2009
Müqavilə maliyyə yardımını verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra Şura adlanacaq) ilə maliyyə yardımı alan qeyri-hökumət təşkilatı (bundan sonra QHT adlanacaq) arasında bağlanır.

Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri: “Vətəndaş cəmiyyətini xarakterizə edən ən mühüm meyarlardan biri onun üzvlərinin yetkinliyi və fəallıq dərəcəsidir” Print
06 Aprel 2009
Image
Məleykə xanım, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesini yerinə yetirdiyiniz məsuliyyətli vəzifələr nöqteyi-nəzərindən necə qiymətləndirərdiniz? Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövlət müstəqilliyimizin yetirməsi və yaşıdıdır. Təbii ki, cəmi 17 ildən ibarət olan bu tarix vətəndaş cəmiyyəti quruculuğu üçün o qədər də böyük bir müddət deyil. Ancaq buna baxmayaraq ötən vaxt ərzində ölkəmizdə bu sahədə addım-addım, yüksələn xətlə quruculuq prosesi gedib və nəticədə bu fenomenal hadisənin əsas atributları formalaşıb. Bu gün ölkədə siyasi partiyalar, qeyri hökumət təşkilatları, müstəqil media, vətəndaşların təşəbbüs və fəallığının təzahürü olan müxtəlif ictimai qurum və təsisatların bütöv bir şəbəkəsi fəaliyyətdədir.

Fazil Mustafa, Böyük Quruluş Partiyasının sədri: “Layihələrin hamısının Azərbaycan üçün lazım olan, zəruri problemlərin həllinə yönəldiyi müşahidə olunur” Print
06 Aprel 2009
Image
Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında və möhkəmlənməsində siyasi partiyaların rolunu necə qiymətləndirirsiniz? Siyasi partiyalar və digər vətəndaş cəmiyyəti institutları – QHT-lər, media qurumları və sair, dövlət idaretməsinin ayrılmaz atributları sayılır və bunlarsız müasir dövlət idaretməsini təsəvvür etmək çətindir. Amma siyasi partiyalar dövlət mexanizmində administrativ aparata daha yaxındırlar. Digər vətəndaş cəmiyyəti qurumları bir qədər fərqli institutlardır. Bu, dövlətlə iç-içə olmayan, dövlətin həll edə bilmədiyi problemlər üzərinə gedə bilən, onların həlli istiqamətində müəyyən iş görən və aşağıdan təşkilatlanan bir mexanizmlər kompleksidir.

Ramiz Rzayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri: “ Məhkəmələrə cəmiyyətin nəzarəti mütləqdir” Print
06 Aprel 2009
Image
Ötən il Ali Məhkəmədə ümumi hesabla cəmi 4333 işə baxılıb. Bu da 2007-ci illə müqayisədə 19 faiz çoxdur. Eləcə də, Ali Məhkəmənin Cinayət işləri üzrə məhkəmə kollegiyasında 738 nəfər haqqında 651 işə, Hərbi məhkəmələrin işi üzrə kollegiyada 116 nəfər haqqında 109 işə, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmədə 315 işə, mülki işlər üzrə məhkəmə kollegiyasında 3217 işə, plenumda isə 41 işə baxılıb.

İlham Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru: ”Azərbaycanda orta sinif formalaşır və orta sinif vətəndaş cəmiyyəti ideyasını qəbul edir” Print
06 Aprel 2009
Image
Ölkədə vətəndaş cəmiyyətinin quruculuğunun nəzəri əsasları barədə nə demək olar? Vətəndaş cəmiyyəti fəlsəfə, siyasətşünaslıq və sosiologiyada ən maraqlı suallardan biridir. Açığı deyim, bizim institut bu məsələ ilə çoxdan məşğuldur. Yadımdadır ki, bu səpgidə ilk əsərlərimiz və məqalələrimiz hələ 90-cı ilin əvvəllərində çap olunmuşdur. Sözsüz ki, vətəndaş cəmiyyətini çoxları Avropadan gələn bir ideya hesab edir və bəlkə də bu düzgün fikirdir. Ona görə ki, qədim Romada bu məfhum artıq işlənirdi, amma Siseronun vaxtında vətəndaş cəmiyyəti və dövlət anlamı bölünmürdü. Siseron bunları respublika anlamı ilə birgə tuturdu. 17-18-ci əsrlərdə İngiltərədə Con Lokun vaxtında bu məfhumları, alimlər ayırmağa başladılar. Belə çıxır ki, vətəndaş cəmiyyəti, üfüqi münasibətlərini o vaxtlardan ayırmağa başlayıblar. Dövlət şaquli istiqaməti təmsil edir, onda belə çıxır ki, demokratiya cəmiyyətdə həm şaquli, həm də üfüqi münasibətlərin inkişafıdır. Yalnız bu ikisinin inkişafı, müasir zaman da demokratiyanın inkişafı deməkdir.

<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 127 - 140. Cəmi 159
Bu gün 09/09/2010
AKTUAL
KİTABLAR
XƏBƏRLƏRİN ARXİVİ
<< Sentyabr ’10 >>
B.e. Ç.a. Ç. C.a. C. Ş. B.
  
 2
 3
 4
 5
 6
 7
 8
 9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30