Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlandırılacaq) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi və Counterpart İnternational təşkilatı tərəfindən icra edilən Vətəndaş Cəmiyyəti Layihəsi (bundan sonra “Vətəndaş Cəmiyyəti Layihəsi” adlandırılacaq) QHT-lər üçün birgə maliyyə yardımı müsabiqəsi elan edir.